mobil versiya

Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdan çıxarılmasına başlanılıb



Bakı vaxtı ilə saat 7:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdan çıxarılması ilə paralel olaraq regionda Rusiya Federasiyasının sülhməramlı kontingentinin yerləşdirilməsinə başlanılıb.

"Report" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyində jurnalistlərə bildirilib.

"Azərbaycan Respublikası Prezidentinin, Rusiya Federasiyası Prezidentinin və Ermənistan Respublikası Baş nazirinin 10 noyabr 2020-ci il bəyanatına uyğun olaraq, Moskva vaxtı ilə saat 06:00-da (Bakı vaxtı ilə saat 07:00-da) Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdan çıxarılması ilə paralel şəkildə Rusiya Federasiyası sülhməramlı kontingentinin yerləşdirilməsinə başlanır", - nazirlikdə deyiblər.




MANŞET / SON XƏBƏR / BANNER / GÜNDƏM
Tarix: 10-11-2020, 11:41