Şarl Mişel: "Sabit və firavan Cənubi Qafqaz Aİ-nin marağındadır"
Azərbaycanda səfərdə olan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tvitter hesabında paylaşım edib.
REPORTYOR.AZ xəbər verir ki, paylaşımda bu cümlələr qeyd olunub:
"Bakıda Şəhidlər Xiyabanında Azərbaycana qarşı Sovet aqressiyasının qurbanlarının xatirəsini yad etdim.
Təhlükəsiz, sabit və firavan Cənubi Qafqaz bölgəsi Avropa İttifaqının marağındadır və bizim Şərq Tərəfdaşlığımızın ayrılmaz hissəsidir. Azərbaycan müstəqilliyinin 30 illiyini qeyd edir".
*** 09:20
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycanda səfərdədir.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Aİ Şurasının Prezidenti Şarl Mişel Şəhidlər Xiyabanını ziyarət edib, abidə kompleksi önünə əkil qoyub.
O, buradan Bakının mənzərəsini də seyr edib.
Qeyd edək ki, Aİ Şurasının Prezidenti Şarl Mişel Cənubi Qafqaz regionuna səfərdədir. O, iyulun 16-17 Ermənistanda səfərdə olub, Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan və Prezident Armen Sarkisyanla görüşüb. Bu gün isə o, Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.
SON XƏBƏR / KARUSEL / SİYASƏT
Tarix: 18-07-2021, 10:32