Müdafiə Nazirliyindən Tərtərdəki partlayış barədə AÇIQLAMA
osial şəbəkələrdə və bəzi saytlarda guya ön xətt yaxınlığında Tərtər rayonu ərazisində torpaq yolun düşmən tərəfindən minaatanlardan atəşə məruz qalması barədə məlumat yayılıb.
Müdafiə Nazirliyindən REPORTYOR.AZ-a bildirilib ki, yayılan bu məlumat həqiqəti əks etdirmir.
Məlumata görə, müəyyən olunub ki, həmin ərazidə partlayış baş verib: “Buna səbəb isə birinci Qarabağ müharibəsi zamanı bir metrdən artıq dərinlikdə basdırılmış tank əleyhinə mina olub”.
Müdafiə Nazirliyi bildirir ki, hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 17-06-2020, 19:10