mobil versiya

Hikmət Hacıyev ermənilərin yalanlarını ifşa etdi



"Ermənistanın Müdafiə Nazirliyi tərəfindən dronların hərəkəti və vurulması barədə videolar hazırlanıb. Daha sonra Ermənistan sosial şəbəkə seqmentlərinin müşahidəsi zamanı onların fotoşop olan dronların vurulması şəkillərinin təcili çıxarılmasını tələb etdilər".

REPORTYOR.AZ xəbər verir ki, bunu təşkil olunan brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

O əlavə edib ki, bu, bir daha həmin görüntülərin yalan əsasında hazırlanan ssenari olduğunu ortaya qoydu:

"Ermənistanın, Yerevan şəhərinin, Abovyan şəhərinin sakinlərini təşvişə salırlar, öz xalqını qorxutmaqla məşğuldurlar. Onların fotoşoplar əsasında hazırlanan yalanları ifşa olunur.

Eyni zamanda Ermənistan tərəfi qoşunların təmas xəttində öz itkilərini gizlətmək üçün dezinformatik videolar da hazırlayır. Bunları da coğrafi anlayışlar və mənzərələr əsasında müəyyən etmək olur ki, onların mütləq əksəriyyəti yalandır və saxtadır".

SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 2-10-2020, 15:32