mobil versiya

Mediamızın "barış axtarışı" - Rasim İsmayilov yazır




Bəli, bütün informasiyalar xalqa çatdırılmalıdır. Medianın işi budur. 


Amma bizim mediada bir yaddaşsızlıq sindromu hakim kəsilib. Son 35-40 ildə Azərbaycan torpaqlarının işğalının və erməni separatizminin banisi məhz levon ter-petrosyandır. 1988-ci ilin dekabrında "Qarabağ komitəsi"nin üzvü kimi milli ayrıseçkiliyin təbliğində ittiham olunaraq həbs edilib. Bir il sonra azadlığa buraxılıb. Və 1989-cu ilin avqustunda "Erməni ictimai hərəkatı"nın rəhbəri seçilib. 1991-ci ilin oktyabrından 1998-cu ilə qədər ermənistanın prezidenti olub. Məhz onun rəhbərliyi ilə Azərbaycan ərazisinin 20 faizi işğal edilib, bir milyon insanımız 30 il məcburi köçkün həyatı yaşayıb, minlərlə övladımız şəhid olub, minlərlə insanımız əlil olub. Özü 17 yaşına kimi Hələbdə böyüyüb. Atası qatı kommunist, ata babası isə "qnçak", ana babası isə "daşnaksütyun" şovinist partiyalatlarının  üzvü olublar. Məncə bu varlığın hansı "uzaqmənzilli ideya"nın daşıyıcısı olduğunu izah etməyə ehtiyac yoxdur.  Bəs libardyan kimdir? İlana zəhər verən kərtənkələ. Yəni işğal illərində ermənistan prezidentinin müşaviri, köməkçisi, ağılverəni. Mediamızda "Miçiqan universitetinin professoru", "təcrübəli diplomat" təşbehlərinin yanında "Azərbaycan torpaqlarının işğalçılarından biri", "minlərlə insanımızın qətlə yetirənlərdən biri" yazmaq daha yerinə düşərdi. 

Bir neçə nəslinin "erməniçi" olan, bütün faciələrimizin başında duran petrosyanın birdən-birə bu missiya ilə "dirilməsi" təsadüfidirmu? 


Doğrudanmı bütün işğalın və talanın başında durmuş bir adam "sülh quşu"dur?  Sadəlövh olmayın. petrosyan dünya erməni lobbisinin və kilsəsinin B planı ola bilməzmi? Belə şərəfsiz bir keçmişə sahib olan varlıq bizim haqlı maraqlarımıza cavab verə bilərmi? Özü də bütün bu tarixi problemlərin yaradılmasının başında duran varlıq kimi? Bəlkə fikirləşirsiniz ki, gedib kilsədə rahib olacaq?


Ən əsas məqam isə mediamızın özünü bu məsələdə qalib ölkənin mediası kimi hiss etməməsidir. (Məhz bu məsələni nəzərdə tuturam). Ermənistan faktiki kapituliyasiyaya qol çəkib, mənim Prezidentim, Əsgərim və Xalqım qalibdir. Ermənistan tərəf bütün hallarda məğlub kimi azı bir pilləkan bizdən aşağıda dayanır. Və deyilənlərə əməl edir. Etməlidir də. Çünki məğlubdur.


Amma mediamızda sətiraltı bir "barış axtarışı" hiss olunur. Qalibin, yəni bizim hansısa barışa ehtiyacımız varmı? Doğrudanmı bütün uğurların başında duran və qələbə çalan Prezidentin çıxışlarını, siyasi xəttini izləmirsiniz? Prezident konkret olaraq bizim qəti mövqeyimizi ortaya qoyub. Qarabağ Azərbaycandır! Vəssalam. Bəs petrosyanın və libardyanın cinayətkar olduğunu xatırlatmadan mediamızda "sülh quşu"na çevrilməsi məyusluq yaradır.


Bizim qələbəmiz artıq Ermənistan dövlətinin varlığını şübhə altında qoyub. Vətəndaş müharibəsi, itaətsizlik, müxtəlif qütblərə ciddi meyllənmə, vahid dövlət siyasətinin dağılması və s. Yəni tarixi ədalət yerini tapır. Bizim torpaqlarımızda qurulan saxta şər dövləti haqlı təhlükə qarşısındadır. Bütün bunlar bizim müdaxiləmiz olmadan, cənab Haqqın ədaləti ilə baş verir. petrosyanlar və libardyanlar isə müxtəlif variantlardan, hətta özlərini erməni xalqının gözündə xalq düşməni olmaq bahasına olsa belə saxta şər dövlətinin saxlanmasına cəhd edirlər. Yəni bu iki cinayətkar 30 ildən sonra yenə xortlayıb hiyləgər planlar qurduğu şübhəsizdir. Hər ikisinin müsahibələri bir-birini tamamlayır. Deyə bilərsiniz ki, eyni siyasi xəttin adamlarıdır. Nəzəri cəhətdən razıyam. Amma yaxın tarixə nəzər salanda bu "siyasi xətt" məsələsinə bir neçə söz də əlavə etmək tələb olunur. Yumşaq desək "Azərbaycan torpaqlarının işğalı hesabına ermənistanın daha da genişləndirilməsi siyasi xətti". 20 il öncə ermənistandan "küsüb" uzaq ABŞ-yə  gedən "təcrübəli diplomat" (bizim medianın təbirincə) siyasi xəttinə qayıtdı? Yox, xəstə ideoloji xəttinə qayıtdı. Aldanmayaq. (Bizim bəzi media qurumları onların ağlaşmasına aldanan kimi olur bəzən. Təəssüf ki, yüzillik erməni hiyləgərliyini, ikiüzlülüyünü, fürsət yoxsulu olduğunu unuduruq.)


Amma biz cəmiyyətimizi nəyə hazırlayırıq? petrosyanın və libardyanın müsahibələrini geninə-boluna tirajlayanda diqqətlə oxuyursunuzmu? Ən azı hər ikisinin tez-tez işlətdiyi "ərazi muxtariyyəti" söz birləşməsinə fikir vermisinizmi? Onlar "dövlətlərini" məhv olmaqdan qorumaq cəhdləri içində yenə ərazi iddialarını incə formada mövzuya qatırlar. Bu günkü ağır durumlarından bəhs edərkən "ərazi muxtariyyəti" "ehkamlarıdan" başlayırlar söhbətə. Qarşımızda bütün bəlalarımızın baisi, hiləgər erməni olduğunu unutmamalıyıq. Onlar tərəfdən bizə uzanan hər əlin qanımıza batdığını yaddan çıxartmamalıyıq.


Bunların nə məqsədli olduğu iddiasında deyiləm. Sadəcə nəzərə almalıyıq ki, bizim cəmiyyətimizdə baş verənlər, mediamız onlar tərəfindən diqqətlə izlənir. Və belə yanaşma ilə onlara hiyləgər planlarında ümid vermiş oluruq. 


Amma bizim işimiz isə bu olmamalıdır. Bizim işimiz "daha bizi aldada bilməyəcəksiniz" yöndə olmalıdır. Onlar üçün gün kimi aydın olmalıdır ki, Azərbaycan xalqı da Prezidenti kimi qərarında qətidir. QARABAĞ AZƏRBAYCANDIR!


SON XƏBƏR / GÜNDƏM / YAZARLAR
Tarix: 8-12-2020, 10:57