mobil versiya

"France-Presse"nin yaydığı şəkil ermənilərin ürəyinə dağ çəkdi - FOTO



Ermənistan Ordusunun 45 günlük Qarabağ Müharibəsində minlərlə hərbçisini itirməsi günü-gündən öz təsdiqini tapır.

BAKU.WS xəbər verir ki, Ermənistanın hərbi və siyasi rəhbərliyi əsgər ölümlərini ictimaiyyətdən gizlətsə də, hərbçilərin cəsədi, onların qohumlarının etirazları itkilərin sayının dəqiqləşməsinə gətirib çıxarır.

İrəvanda erməni analarının Müdafiə Nazirliyinin qarşısında günlərlə keçirdiyi aksiyalar Paşinyan hakimiyyətinin minlərlə hərbçinin adını açıqlamadığını və saylarını gizlətməsini təsdiqləyir. Məhz buna görədir ki, əvvəlcə sayları az-az açıqlanan erməni hərbçilərinin ölüm sayı artıq rəsmi olaraq 2500-ə çatıb.

Təbii ki, reallıqda bu rəqəmlər dəfələrlə çoxdur. Bunu isbat edəcək daha bir fakt ortaya çıxıb. Belə ki, "Agence France-Presse"nin (AFP) müxbiri Xankəndi yaxınlığındakı hərbi hissənin yanında erməni ordusuna məxsus dəbilqələrin yığınını lentə alıb.

Bu görüntü əslində erməni hərbçilərinin kütləvi ölümü təsdiqləyir ki, onların dəbilqələri bir kənara yığılıb. Dəbilqələrin toplu şəkildə yığılmasına baxmaq kifayət edir ki, erməni tərəfinin minlərlə itki verməsinin şahidi olaq.

SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 17-11-2020, 10:13