“YouTube” istifadəçiləri viruslu videoların hücumuna məruz qalıblar
“YouTube” istifadəçiləri təsvirlərində zərərli fayllar olan məşhur oyunlar haqqında videolarla hücuma məruz qalıblar.
“Kaspersky Lab” şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, fırıldaqçılar “FIFA 22”, “Final Fantasy XIV”, “Lego Star Wars” və “Hörümçək-adam” kimi oyunlar üçün virusları çatlar kimi təqdim ediblər.
Həmçinin, şirkət videohostinq izləyicilərini videoların təsvirindəki linklərə daxil olmamağa çağırıb.
“Kaspersky Lab”-dan bildirilib ki, zərərli proqram istifadəçilərin loginlərini, parollarını və bank kartı məlumatlarını oğurlaya bilər.
gazeta.ru(oxu.az)
SOSİAL
Tarix: 17-09-2022, 11:33