mobil versiya

Çexiya ABŞ-dan ilk mayeləşdirilmiş təbii qaz partiyasını aldı



Çexiya üçün mayeləşdirilmiş təbii qazın (LNG) ilk partiyası dəniz yolu ilə Niderlandın LNG terminalına çatdırılıb.

Bu barədə Çexiyanın CEZ enerji şirkətinin mətbuat katibi Roman Qazdik məlumat verib.

“Çexiya üçün Amerika LNG-nin ilk partiyası tankerlə Niderlandın Emshaven şəhərindəki dəniz terminalına çatdırılıb. Bu üzən terminalın tutumunun üçdəbiri bu yaxınlarda Çexiya tərəfindən CEZ vasitəsilə 10 il müddətinə icarəyə götürülüb”, - deyə Qadzik bildirib.

Onun sözlərinə görə, 2022-ci ilin sonuna qədər dəniz terminalına daha yeddi LNG tankerinin gəlməsi nəzərdə tutulur. İndiki tanker 100 milyon kubmetr qaz tədarük edib.

Bildirilib ki, Çexiya Emshaven dəniz terminalında üç milyard kubmetrə qədər mayeləşdirilmiş təbii qaz saxlaya bilər. Bu, ölkənin illik istehlakının təxminən üçdəbiri deməkdir.

Gazeta.ru

DÜNYA / İQTİSADİYYAT
Tarix: 21-09-2022, 10:00