mobil versiya

Putin: "MDB məkanındakı münaqişələr SSRİ-nin dağılmasının nəticələridir"



"MDB məkanındakı münaqişələr, eləcə də Rusiya-Ukrayna müharibəsi SSRİ-nin dağılmasının nəticələridir".
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Onun sözlərinə görə, Qərb MDB məkanında yeni münaqişələrin qızışdırılması ssenariləri üzərində işləyir, bütün Asiya-Sakit okean regionunda risklər artır.
"Qərb istənilən ölkəni təhlükəyə atmağa, onu böhranın episentrinə çevirməyə, rəngli inqilab və qanlı qırğın törətməyə hazırdır", - Putin qeyd edib.

GÜNDƏM / DÜNYA
Tarix: 30-09-2022, 17:34