mobil versiya

Ermənistanda sürətlə "donuz qripi" yayılır


Ermənistanda yenidən H1N1 ("donuz qripi") qrip virusu yayılıb.
APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Anait Avanesyan bildirib. 
Onun sözlərinə görə, koronavirusla bağlı vəziyyət nisbətən stabilləşsə də, qripə yoluxmalar artır: “Qripə yoluxma həmişə olduğu kimi, qış aylarında artır, lakin son iki-üç il ərzində koronavirus pandemiyasına görə bu virus ikinci plana keçmişdi. Hazırda H1N1 ("donuz qripi") qripinin ştammı artır və kifayət qədər təhlükəlidir”.
Nazir 12 yaşına kimi uşaqların və xroniki xəstəliyi olan vətəndaşların vaksinasiya olunmasının vacibliyini vurğulayıb.

KARUSEL / DÜNYA
Tarix: 29-12-2022, 16:23