mobil versiya

Suşi sevənlər üçün sərgi təşkil olunacaq



Suşi sevən və ya Yaponiya mətbəxinə marağı olan hər kəsi Yaponiyanın Azərbaycandakı Səfirliyi "Suşini sevirəm" adlı sərgiyə dəvət edir.

14-21 yanvar tarixində Daş Səlnamə Muzeyində təşkil olunacaq sərgi Yaponiya Fondunun təşəbbüsü, Heydər Əliyev Fondunun, QGallery (Qız Qalası Qalereyası) və Yaponiya Səfirliyinin dəstəyi ilə keçirilir.  Ziyarətçilər yapon kulinariyasını tərənnüm edən suşi ilə daha yaxından tanış olacaq və yapon mətbəxindən zövq alacaqlar. 

UNESCO-nun bəşəriyyətin Qeyri-maddi mədəni irsi üzrə qeydiyyata alınmış Yaponiya mətbəxində (vaşyoku) suşi əsas rol oynayır və gözəlliyi, dadı və sağlam qida baxımından “SUŞİ” dünyanın bir çox ölkələrində sevilir və tanınır. Bu, dünyada da əlçatan suşini gözlə “dada biləcəyiniz” bir sərgidir. 1000 ildən çox əvvəl xaricdən gətirilmiş suşi Yaponiyanın təbiətinə, iqliminə və həyat tərzinə uyğun olaraq unikal dəyişikliyə məruz qalıb və 200 il əvvəl Edo dövründə ilk olaraq “nigari-zuşi” yaranıb. “Suşini sevirəm” sərgisində Yaponiya tarixi və mədəniyyətinin bir hissəsinə toxunmaqla yanaşı, təkcə Yaponiyada deyil, bütün dünyada sevilən suşinin füsunkarlığı ukiyo-e (dəyişən dünyanın şəkilləri‎) , balıq fiqurları, təamların nümunələri, videolar və interaktiv hissə nümayiş olunaraq çoxşaxəli şəkildə çatdırılacaqdır.

Sərgidə nümayiş olunan suşilər yeməli deyil.

Sərgiyə giriş sərbəstdir. Qeydiyyatdan keçməyə ehtiyac yoxdur.
Muzeyin iş saatları çərşənbə axşamı - bazar günü saat 10:00-19:00-da.  
Sərgi haqqında daha ətraflı məlumat üçün linkə daxil olmaq olar: 
⁡⁡


KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 13-01-2023, 09:54