mobil versiya

Keçən il Bakıda baş verən yol qəzalarında 188 nəfər ölüb



Bakıda ötən illərlə müqayisədə yol qəzalarının sayı kəskin azalıb.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.
DYP əməkdaşı bildirib ki, 2022-ci ildə Bakıda 437 ağır yol-nəqliyyat hadisəsi baş verib: “Nəticədə 188 nəfər ölüb, 355 nəfər xəsarət alıb. Bu, ötən illə müqayisədə 77 hadisə, 23 ölüm halı, 58 xəsarət halı azdır”.


KARUSEL / CƏMİYYƏT
Tarix: 19-01-2023, 15:38