mobil versiya

TÜRKİYƏ NÜVƏ ENERJİSİNƏ SAHİB DÖVLƏT OLDU - Ərdoğanın və Putinin çıxışları + VİDEO



Türkiyəni əlavə yanacaq mənbəyi ilə təmin eədəck “Akkuyu” atom elktrik stansiyasının (AES) açılış mərasimi keçirilib.

“Akkuyu” AES-in açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin iştirak edib.

"AzPolitika.info" xəbər verir ki, mərasimdə çıxış edən Enerji və Təbii Sərvətlər Naziri Fatih Dönmez Akkuyu'nun artıq nüvə obyekti statusunu qazandığını bildirib. 4 reaktorun tikintisinin eyni vaxtda davam etdiyini qeyd edən Dönmez elektrik stansiyasında elektrik enerjisi istehsalına gələn il başlanacağını qeyd edib.
Türkiyəyə gətiriləcək yanacaq çubuqları "Akkuyu" AES-in işə düşməsindən sonra 1,5 il ərzində elektrik enerjisi istehsalında istifadə olunacaq. İstifadə müddətini tamamlayan nüvə yanacaq çubuqları ilk olaraq reaktor sahəsində hazırlanmış hovuzda soyudulacaq. Sonra hazırlanmış xüsusi yerdə saxlanacaq.
Yanacaq çubuqları ilə 124.500 vaqon kömürdən alınan enerjiyə bərabər istilikdən karbon qazı buraxmadan elektrik enerjisi istehsal ediləcək.
Qeyd edək ki, Türkiyə ilə Rusiya arasında 2010-cu il mayın 12-də imzalanan hökumətlərarası saziş çərçivəsində Mersinin Gülnar rayonunun Büyükeceli bölgəsində inşası davam edən Akkuyu AES-in birinci blokunun təməlqoyma mərasimi keçirilib. 
Prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin videokonfrans üsulu ilə 3 aprel 2018-ci ildə atıldı. Beləliklə, birinci blokun tikintisi üzrə tammiqyaslı tikinti işlərinə rəsmən başlanılıb.
Bundan iki il sonra, 2020-ci il aprelin 8-də ikinci blokun tikintisinə başlanılması ilə layihədə işlər sürətlənib, üçüncü enerji blokunun ilk betonu isə 10 mart 2021-ci il tarixində mərasimlə tökülüb. dördüncü və sonuncu blokun təməli isə 21 iyul 2022-ci ildə qoyuldu.
Hər dörd blokda tikinti-quraşdırma işlərinin eyni vaxtda aparıldığı layihədə ən intensiv tikinti mərhələsinə başlanılıb. Akkuyu AES həm də dünyanın ən böyük atom elektrik stansiyasının tikintisi sahəsinə çevrilib.
İnşaat meydançasında işlərin aramsız davam etdiyi layihədə əksəriyyəti türk işçilərdən ibarət minlərlə insan iştirak edir. Tikinti sahəsində çalışanların sayı pik dövründə 30 minə çatdı. Bu günədək 140 min ton armaturdan istifadə olunduğu, 1,3 milyon kubmetr betonun töküldüyü zavodun tikintisində 1300-dən çox ağır texnika çalışır.
"Akkuyu" AES-in istismar müddəti 80 ilə qədər uzadıla bilər
Hər biri 1200 meqavatlıq VVER-1200 tipli “III+” nəsil reaktoru olan 4 blokdan ibarət olacaq Akkuyu AES-in ümumi quraşdırılmış gücü 4800 meqavat olacaq.
Tam gücü işə salındıqda ildə təqribən 35 milyard kilovat-saat elektrik enerjisi istehsal edəcək elektrik stansiyasının təkcə Türkiyənin elektrik enerjisinə olan tələbatının 10 faizini qarşılayacağı gözlənilir.
60 il olması planlaşdırılan "Akkuyu" AES-in istismar müddətini daha 20 il uzatmaq imkanı var.
Ətraf mühitə zərərli istixana qazları buraxmadan sıfır emissiya ilə davamlı olaraq elektrik enerjisi istehsal edə bilən elektrik stansiyası Türkiyənin “2053 xalis sıfır emissiya” hədəfinə verdiyi töhfə ilə də diqqət çəkir. Akkuyu AES-in istismarda qalacağı 60 il ərzində cəmi 2,1 milyard ton karbon emissiyasının qarşısını alacağı hesablanır.
Layihə mərhələlərinə görə məşğulluq nisbəti dəyişən elektrik stansiyasının istismar müddəti ərzində 4 min nəfərin işlə təmin olunması hədəflənir.
Xarici qoruyucu qabıq 9 bal zəlzələyə davamlıdır
Polad örtükdən və reaktor binasının möhürlənməsi üçün istifadə edilən xüsusi betondan ibarət daxili qoruyucu qabıq reaktor binasının mühafizəsini təmin edir.
Enerji bloklarının reaktor binaları ikiqat qoruyucu qabıqla təchiz edilmişdir. Dəmir-beton xarici mühafizə qabığı 9 bal gücündə zəlzələlərə, sunamilərə, qasırğalara və ekstremal xarici amillərin birləşməsinə tab gətirmək üçün nəzərdə tutulmuşdur.
KARUSEL / DÜNYA
Tarix: 27-04-2023, 18:42