mobil versiya

IFFHS futbol klublarının yeni reytinqini açıqlayıb



Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni reytinqini açıqlayıb.
300 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən "Qarabağ" və "Neftçi" yer alıb.
“Qarabağ” ötən ayla müqayisədə 3 pillə geriləyib. Ölkə çempionu 138,5 xalla 74-cüdür. Altmış yeddi xala malik "Neftçi" 4 sıra itirərək 291-ci olub.
Reytinqdə lider dəyişməyib. İspaniyanın “Real Madrid” klubu 315 xalla birincidir. UEFA Çempionlar Liqasının qalibi olan İngiltərənin "Mançester Siti" komandası 311 xalla ikincidir. İlk üçlüyü 296 xalla Braziliya təmsilçisi “Flamenqo” qapayır.

KARUSEL / İDMAN
Tarix: 11-07-2023, 10:31