mobil versiya

Məscidlərdə aşura günü ilə bağlı qanvermə aksiyası keçirilir



Bu gün Məhərrəm ayının Aşura günüdür.
Aşura günü ilə əlaqədar paytaxtda 8 məscid və ziyarətgahlarda, regionlarda isə Mərkəzi Qan Bankının bölmələrində qanvermə aksiyaları keçirilir.
Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşəbbüsü ilə keçirilən aksiyaya 160 personal cəlb edilib.
Qanvermə aksiyasında 18-65 yaş arası, çəkisi minimum 50 kq olan sağlam fiziki şəxslər iştirak edə bilərlər.
Aksiya aşağıdakı ünvanlarda keçirilir
Bakı şəhəri üzrə:
Xəzər rayonu Mirmövsüm Ağa Ziyarətgahı
Nəsimi rayonu Göy məscidin (Əjdərbəy) mərasim zalı
Nizami rayonu Sahib əz-Zaman məscidi
Səbail rayonu Bibiheybət məscid ziyarətgahı
Suraxanı rayonu Qaraçuxur məscidi
Yasamal rayonu Təzə Pir məscidi
Yasamal rayonu Hacı Soltanəli məscidi
Binəqədi rayonu İmam Əli məscidi
Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə və Quba bölmələri.
Ümumilikdə, qanvermə aksiyaları 8 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində həyata keçirilir.
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası dindarlara müraciətində qeyd edir ki, məhərrəmlik mərasimləri zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməzdir. Həmçinin QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırır ki, “Dini etiqad azadlığı haqqında” qanunun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər.

KARUSEL / CƏMİYYƏT
Tarix: 28-07-2023, 10:11