mobil versiya

Ukrayna ordusu son sutkada Rusiyanın İran istehsalı olan 15 PUA-sını məhv edib



Ukrayna ordusu ötən sutka Rusiyanın İran istehsalı olan 15 “Shahed” pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, son sutkada Rusiyanın 620 hərbçisi zərərsizləşdirilib. Bununla da Rusiyanın itkilərinin sayı 247 850-yə çatıb.
Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 4224 tank, 8234 zirehli döyüş maşını, 4892 artilleriya sistemi, 704 reaktiv yaylım atəş sistemi, 465 hava hücumundan müdafiə sistemi, 4077 əməliyyat-taktiki səviyyəli pilotsuz uçuş aparatı, 315 ədəd təyyarə, 311 helikopter, 1347 qanadlı raketlər, 721 (3) xüsusi texnika və 18 kater/gəmidən ibarətdir.(report)


KARUSEL / DÜNYA
Tarix: 3-08-2023, 10:33