mobil versiya

Avstraliyanın Baş naziri Çini jurnalisti azad etməyə çağırır



Avstraliyanın Baş naziri Anthoni Albanes Çini həbsdə olan avstraliyalı jurnalist Çeng Lei azad etməyə çağıraraq, üç il dəmir barmaqlıqlar arxasında qaldıqdan sonra onun vəziyyətindən narahat olduğunu söyləyib. 
"South China Morning Post" - SCMP xəbər verir ki,
Albanes, Avstraliyanın  Çeng Leini  azad edilməsi üçün ən yüksək səviyyədə təzyiq göstərdiyini və Avstraliya Çinlə görüşəndə bunu davam etdirəcəyini deyib: "Avstraliya vətəndaşı kimi onun insan hüquqlarına hörmət edilməsi vacibdir". 
Çin dövlət yayımı CGTN-nin keçmiş aparıcısı olan Çenq Lei 2020-ci ilin avqustundan həbsdədir, lakin yalnız 2021-ci ilin fevralında rəsmi olaraq həbs edilib. O, rəsmi olaraq dövlət sirrini xaricə çatdırmaqda ittiham olunub, lakin əlavə təfərrüat verilməyib. Hətta Avstraliyanın Çindəki səfirinin də prosesləri müşahidə etmək üçün məhkəməyə girməsi qadağan edilib.
Onun həbsi Avstraliya və Çin arasında münasibətlərin çətin olduğu bir vaxta təsadüf edib və bunun siyasi motivli olduğu barədə fərziyyələr artırıb.
Çinin xarici işlər nazirliyi cümə günü bildirib ki, iş qanunlara ciddi şəkildə baxılır və Çenq Leinin qanuni hüquqları tam qorunur.
KARUSEL / DÜNYA
Tarix: 14-08-2023, 10:13