mobil versiya

“Qatar Open” turnirində beş Azərbaycan şahmatçısı iştirak edəcək



Bu gün Dohada şahmat üzrə “Qatar Open” turnirinə start veriləcək.
Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda Azərbaycanı Vüqar Rəsulov, Əhməd Əhmədzadə, Read Səmədov, Gülnar Məmmədova və Xanım Balacayeva təmsil edəcək.
155 şahmatçının iştirak edəcəyi turnir İsveçrə sistemi üzrə keçiriləcək. 9 turdan ibarət yarışda Maqnus Karlsen (Norveç), Hikaru Nakamura (ABŞ) və Aniş Giri (Niderland) də mübarizə aparacaq.
Qeyd edək ki, yarışın ümumi mükafat fondu 110 min ABŞ dolları təşkil edir.

KARUSEL / İDMAN
Tarix: 11-10-2023, 12:39