mobil versiya

Balasanyana qarşı cinayət işi açılıb


Ermənistan İstintaq Komitəsi separatçıların qondarma "təhlükəsizlik şurasının sədri" olmuş Vitali Balasanyana qarşı cinayət işi başladıb.
Bu barədə İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan məlumat yayıb.
Bildirilib ki, Balasanyan qanunsuz silah saxlamaqda ittiham olunur.
"Makarov" tipli silahı təhvil verən Balasanyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 335-ci maddəsinin 1-ci hissəsi (qanunsuz yolla silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma, göndərmə və ya gəzdirmə) üzrə iş açılıb.
Qeyd edək ki, Ermənistanda bu maddə ilə azadlıqdan məhrum etmə müddəti maksimum üç ildir.

KARUSEL / DÜNYA
Tarix: 25-10-2023, 16:42