XİN Əfqanıstana başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Əfqanıstanda baş verən zəlzələ ilə bağlı başsağlığı verib.
XİN bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
"Əfqanıstanda baş vermiş dağıdıcı zəlzələ xəbəri bizi dərindən kədərləndirdi.
Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların hamısına şəfa diləyirik.
Bu çətin zamanda bizim düşüncələrimiz və dualarımız Əfqanıstan xalqının yanındadır".
Reportyor.az
KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 13:13