Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin Bolu vilayətində Kartalkaya dağ-xizək kurortunda mehmanxanada yanğın zamanı insanların həlak olması və yaralanması ilə bağlı Türkiyəyə başsağlığı verib.
Reportyor.az xəbər verir ki, XİN bunu sosial şəbəkə hesabında yazıb.
"Qardaş Türkiyənin Bolu vilayətində Kartalkaya dağ-xizək kurortunda mehmanxanada yanğın zamanı insanların həlak olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi. Baş vermiş bu faciə ilə əlaqədar həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına, dost və qardaş Türkiyəyə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik".
KARUSEL / SİYASƏT
Tarix: Dünən, 14:54