"Zirə”dən 200-cü ev qolu

Zirə” 200-cü ev qolunu vurub.
Peşəkar Futbol Liqasından verilən məlumata görə, bu topa Yeqor Boqomolski imza atıb.
Belaruslu hücumçu Misli Premyer Liqasının III turunun “Kəpəz”lə görüşündə (5:0) fərqlənib. Bakı klubu turnirdəki 154-cü ev sınağında vurulan qol sayını 201-ə də çatdırıb.
Qeyd edək ki, “Zirə”nin Premyer Liqada ilk ev qolunu 2015-ci il avqustun 9-da AZAL-la görüşdəki yeganə topun müəllifi olan Viktor İqbekoyi vurub.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 12:03