mobil versiya

İlin ən yaxşı gənc futbolçusu seçildi



“Qızıl top”un təltifetmə mərasimində ilin ən yaxşı gənc futbolçusu bəlli olub.
Mükafata İspaniyanın “Real” klubunun ingiltərəli yarımmüdafiəçisi Cud Bellingem layiq görülüb.
20 yaşlı oyunçu səsvermədə Eduardo Kamavinqa (“Real”, İspaniya), Qavi, Pedri, Alexandro Balde (hamısı “Barselona”, İspaniya), Camal Musiala (“Bavariya”, Almaniya), Xavi Simons (“Leyptsiq”, Almaniya), Antonio Silva (“Benfika”, Portuqaliya), Rasmus Hoylund (“Mançester Yunayted”, İngiltərə), Elye Vahini (“Lans”, Fransa) geridə qoyub.
2022-ci ildə bu titul Qaviyə verilib.
KARUSEL / İDMAN
Tarix: 31-10-2023, 09:26