mobil versiya

“Meymunlar planeti: Krallıq” filminin treylerinin premyerası olub


“20th Century Studios” “Meymunlar planeti: Krallıq” filminin treylerini təqdim edib.Rejissoru Ves Bol olan filmin dünya premyerası 2024-cü ilin may ayı üçün planlaşdırılır. Ekran əsərində Freya Allan, Kevin Durand və digər aktyorlar iştirak edirlər.
Filmdə yeni bir zalım meymun lider öz imperiyasını qurarkən, bir gənc meymun keçmiş haqqında bildiyi hər şeyi şübhə altına alaraq, həm meymunların, həm də insanların gələcəyini müəyyən edəcək seçimlərə səbəb olan dəhşət dolu səyahətə çıxır. Rejissor Ves Bol filmin həyəcan dolu və bir-birindən maraqlı epizodları ilə izləyiciləri daim həyəcanda saxlayacağını bildirib.


KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 3-11-2023, 13:12