mobil versiya

Bayram günlərində işləyəcək bankların SİYAHISI


8–12 noyabr 2023–cü il tarixləri olan qeyri-iş günlərində bankların filial və şöbələri, “Azərpoçt” MMC-nin şöbələri və valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər.
Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib. Qeyd edilib ki, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 14 bankın 118 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 8 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 73 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 5 valyuta mübadiləsi məntəqəsi (o cümlədən, 1-i 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək.
Bayram günlərində fəaliyyət göstərəcək bankların filial və şöbələrinin, “Azərpoçt” MMC-nin satış nöqtələrinin və valyuta mübadiləsi məntəqələrinin iş qrafiki linklərdədir:

Banklar

Azərpoçt

Valyuta mübadilə məntəqələri




KARUSEL / İQTİSADİYYAT
Tarix: 7-11-2023, 11:18