mobil versiya

Latviya hərbçilərini Rusiya ilə sərhəd infrastrukturunun qurulmasına cəlb edəcək


Latviya ölkənin Milli Silahlı Qüvvələrini Rusiya ilə quru sərhəddə təhlükəsizlik infrastrukturunun qurulmasına cəlb etməyi planlaşdırır.
Bu barədə “Delfi” xəbər verir.
Latviyanın Daxili İşlər Nazirliyi bildirib ki, sərhəd təhlükəsizliyi infrastrukturunun tikintisinin sürətini artırmaq məqsədilə inşaata Milli Silahlı Qüvvələrin resurslarının cəlb edilməsi imkanları nəzərdən keçirilib.
Hərbçilərin dəstəyi ilə uzunluğu müvafiq olaraq 11,07 km və 8,45 km olan iki hissənin inşa edilməsi planlaşdırılır.
Qeyd edək ki, sentyabrın 13-də Estoniya, Litva və Latviya Avropa Komissiyasının sanksiyalarla bağlı dəqiqləşdirmələrindən sonra Rusiya dövlət nömrə nişanlı avtomobilləri öz ərazilərinə buraxmayacaqlarını bəyan ediblər.
Belə ki, Rusiya qeydiyyatında olan avtomobillər sərhədə gəlsə, sürücü və sərnişinlər geri qayıtmağa məcbur olacaq və ya onlar müsadirə oluna biləcək avtomobilsiz sərhədi keçə biləcəklər.
Latviya polisi həmçinin avtomobillərində “rus dilində təxribat xarakterli yazılar olan” sürücüləri cərimələyəcəyi ilə hədələyib.(report)


KARUSEL / DÜNYA
Tarix: 20-11-2023, 09:11