mobil versiya

Premyer Liqada oyunların vaxtı dəyişdirilib



Azərbaycan Premyer Liqasının XIV və XVI turunun oyun cədvəlində dəyişiklik edilib.
Peşəkar Futbol Liqasının rəsmi saytına bildirilir ki, iki qarşılaşmanın başlama saatı dəyişdirilib.
“Səbail”in ev oyunlarını keçirdiyi “ASCO Arena”nın elektrik təchizatında problem yarandığı klubun müraciəti əsasında “Kəpəz”lə XIV turun görüşü saat 18:30-da deyil, 14:00-da başlayacaq.
XVI turun “Zirə” - “Araz Naxçıvan” oyununun startı isə təşkilati məsələlərə görə saat 18:00-dan 17:00-a keçirilib.
KARUSEL / İDMAN
Tarix: 23-11-2023, 13:53