mobil versiya

Havanın temperaturu enəcək - Xəbərdarlıq


Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə məlumat yayıb.
Xidmətdən bildirilib ki, Bakıda və Abşeron yarımadasında dekabrın 5-i səhərdən 6-dək şimal-qərb küləyinin 15-20 metr/saniyə, arabir 23-28 metr/saniyə, gündüz yarımadanın bəzi yerlərində arabir 30-32 metr/saniyəyədək güclənəcəyi gözlənilir.
Dekabrın 6-sı axşamdan 7-si axşamadək arabir yağış yağacağı, 7-də yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.
Azərbaycanın rayonlarında dekabrın 5-i axşamdan 6-sı gündüzədək əsasən şərq rayonlarında, 6-sı axşamdan 7-si axşamadək isə əksər rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.
Dekabrın 5-dən 6-sı səhərədək qərb küləyinin 15-20 metr/saniyə, ayrı-ayrı yerlərdə arabir 25-30 metr/saniyəyədək güclənəcəyi gözlənilir.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək.
KARUSEL / ÖLKƏ
Tarix: 4-12-2023, 15:46