mobil versiya

Banqladeşdə seçkilər zamanı qayda-qanunu ordu təmin edəcək



Banqladeş Mərkəzi Seçki Komissiyası 2024-cü il yanvarın 7-nə təyin edilən parlament seçkiləri zamanı asayişi təmin etmək üçün Silahlı Qüvvələrdən yardım istəyib.
Banqladeş Silahlı Qüvvələrinin nümayəndəsi general-leytenant Vakar-uz-Zaman bu barədə jurnalistlər üçün təşkil olunan brifinqdə deyib. Onun sözlərinə görə, dekabrın 29-dan etibarən quru qoşunları 13 gün ərzində bütün ölkə ərazisində təhlükəsizliyə nəzarət edəcək. General öncəki seçkilərdə qayda-qanunun qorunmasına 35 mindən çox hərbçinin cəlb edildiyini xatırladıb.
Banqladeşin Baş naziri, “Avami Liq” Partiyasının lideri Şeyx Hasina qarşıdan gələn seçkilərdə dördüncü dəfə hökumət başçısı seçilmək niyyətindədir. Yay aylarında küçə etirazları kampaniyasına başlayan ölkənin ən böyük müxalif qüvvəsi - Milli Partiya isə seçkiləri pozmağı planlaşdırır. Onlar Baş nazirin istefasının azad və ədalətli seçkilərin yeganə yolu olduğunu düşünür. Hökumət başçısı isə öz növbəsində müxalifəti ölkəni xaosa sürükləməkdə ittiham edir.(azərtac)


KARUSEL / DÜNYA
Tarix: 12-12-2023, 14:00