mobil versiya

Gəncədə şagirdi bıçaqlanaraq öldürülüb, qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb



Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin verdiyi məlumata əsasən, yanvarın 23-də səhər saatlarında Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə kənar şəxs tərəfindən bıçaqlanıb.
İdarədən verilən məlumata görə, şagird dərhal xəstəxanaya çatdırılsa da, vəfat edib.
"Hazırda hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Baş vermiş hadisədən dərin təəssüf hissi keçiririk. Şagirdimizin vəfatından kədərləndiyimizi bildirir və ailəsinə dərin hüznlə başsağlığı veririk", - qurumdan bildirilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü F.Şabanov saxlanılaraq istintaqa təqdim edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

KARUSEL / HADİSƏ
Tarix: 23-01-2024, 10:05