mobil versiya

İranın İsveçdəki səfirliyinə hücum edilib



İranın İsveçdəki səfirliyinə bir neçə nəfər tərəfindən hücum olunub.
Bu barədə İsveç polisi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, İran səfirliyinə bir neçə nəfər zorla daxil olmağa çalışıb. Hücumda şübhəli bilinən bir nəfər saxlanılıb.
Səfirliyin ərazisinə qanunsuz daxil olma və hücum faktı üzrə ilkin istintaq başladılıb.

KARUSEL / DÜNYA
Tarix: 24-01-2024, 17:13