mobil versiya

İmtahandan sonra halı pisləşən tələbə vəfat edib



Bu gün Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin 2-ci kurs tələbəsi Nəcəfzadə Xumar Uqab qızının imtahandan sonra halı pisləşib və vəfat edib.

Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, mərhumun ailəsi tərəfindən verilən məlumata əsasən, o, əvvəllər baş ağrıları və narahatlıq yaşayıb.

Hadisə ilə bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən araşdırılma aparılır.
KARUSEL / HADİSƏ
Tarix: 30-01-2024, 16:51