mobil versiya

Abdelmacid Tebbun Azərbaycan Prezidentini Əlcəzairə dəvət edib


Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbun Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:
 
Zati-aliləri cənab İlham Əliyev
Zati-aliləri və əziz Qardaşım.
Dost ölkənizdə bu yaxınlarda keçirilmiş seçkilərdə inamlı qələbə qazanmağınız və yeni müddətə Prezident seçilməyiniz münasibətilə Zati-alinizə ən
səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Fürsətdən istifadə edərək, dost Azərbaycan xalqının rifahı naminə tərəqqi və nailiyyət dolu inkişaf kursunu davam etdirməklə yüksək vəzifənizdə uğurlar arzulayıram.
Sizi Əlcəzairdə keçiriləcək 7-ci Qaz İxrac edən Ölkələrin Forumunun Sammitində görməyi səbirsizliklə gözləyirəm.
Zati-aliləri və hörmətli Qardaşım, ən yüksək və səmimi ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

KARUSEL / SİYASƏT
Tarix: 16-02-2024, 13:51