mobil versiya

Ermənistan Baş Prokurorluğundan Kamil Zeynallı barədə açıqlama



“Ermənistanın Baş Prokurorluğu azərbaycanlı məşqçi Kamil Zeynallının Rusiyada ölkənin sorğusu əsasında saxlanılması barədə rəsmi məlumata sahib deyil”.

Bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.

Qeyd edək ki, tanınmış fitnes məşqçisi Kamil Zeynallı dünən gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb.

Zeynallı saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsini göstərib. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu onun Ermənistanın tələbi ilə saxlanılmasını təsdiq edib.
KARUSEL / GÜNDƏM
Tarix: 21-02-2024, 12:17