Koreya səfiri ilə DGK-də gömrük qiymətləndirilməsi və digər məsələlər müzakirə olunub

Dövlət Gömrük Komitəsində Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kımqu Kanq ilə görüş keçirilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi bildirib ki, görüş zamanı Azərbaycan və Koreya gömrük xidmətləri arasında mövcud işgüzar əlaqələr və əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər arasında gömrük qiymətləndirilməsi, informasiya texnologiyaların tətbiqi və digər sahələrdə qarşılıqlı təcrübə mübadiləsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Reportyor.az

KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 15:20