DGK sədri Misir səfiri ilə görüşüb
Dövlət Gömrük Komitəsində (DGK) Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmid ilə görüş keçirilib.
DGK-dən bildirilib ki, görüşdə iki ölkə arasında mövcud münasibətlərdən məmnunluqla bəhs edilib, gömrük orqanları arasındakı əlaqələrin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.
Həmçinin ölkəmizdə xarici ticarət iştirakçıları üçün yaradılan şərait, xüsusilə gömrük sahəsində həyata keçirilən təkmilləşdirilmələr, qaçaqmalçılıqla mübarizədə gömrük orqanlarının rolu ilə bağlı məlumat verilib, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün mövcud imkanlardan səmərəli istifadə edilməsi, məlumat mübadiləsinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
KARUSEL / CƏMİYYƏT
Tarix: 28-03-2024, 15:50