mobil versiya

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında iqtisadi münasibətlərin daha da genişləndirilməsi müzakirə edilib



Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl Cuteyli ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Səudiyyə Ərəbistanı Krallığı arasında səmərəli əməkdaşlıq və dostluq münasibətlərinin formalaşdığı vurğulanıb, iki ölkənin gömrük orqanlarının da qarşılıqlı əlaqələrinin gücləndirilməsinə, ticarət dövriyyəsinin genişləndirilməsinə mühüm töhfə verdiyi diqqətə çatdırılıb.
Azərbaycan gömrük xidməti ilə Səudiyyə Ərəbistanı Krallığının Zəkat, Vergi və Gömrük Xidməti arasındakı işgüzar əlaqələrdən məmnunluqla bəhs edilib, iki qurumun nümayəndə heyətləri, işçi qrupları səviyyəsində reallaşdırılan qarşılıqlı səfərlər və görüşlərin təcrübə mübadiləsinin gücləndirilməsi baxımından mühüm imkanlar yaratdığı bildirilib.
Həmçinin iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, iqtisadi münasibətlərin daha da genişləndirilməsi imkanları müzakirə olunub, qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 6-02-2024, 19:09