mobil versiya

Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkar edilib





Tovuz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin əməkdaşları Gürcüstan istiqamətindən Azərbaycan Respublikası ərazisinə daxil olan yük nəqliyyat vasitələrinə gömrük baxışı həyata keçiriblər.

Reportyor.az xəbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat verib.

Yoxlama zamanı iki nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən 24000 ədəd siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.
KARUSEL / HADİSƏ
Tarix: Bu gün, 11:54