Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində xüsusi iclas keçiriləcək

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi bu barədə məlumat yayıb.
Sahibə Qafarova müraciəti nəzərə alaraq, parlamentin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, sentyabrın 9-da növbədənkənar sessiya çərçivəsində "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusunda Milli Məclisin xüsusi iclası keçiriləcək.
Reportyor.az
KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 12:12