Şri-Lankada sərnişin avtobusunun uçurumdan sürüşməsi nəticəsində 15 nəfər ölüb, 16 nəfər yaralanıb

Şri-Lankanın dağlıq bölgəsində sərnişin avtobusunun yoldan çıxaraq uçuruma aşması nəticəsində 15 nəfər ölüb, 16 nəfər yaralanıb.
Polis sözçüsü Fredrik Vutler bildirib ki, qəza cümə axşamı gecə paytaxt Kolombodan təxminən 280 kilometr (174 mil) şərqdə yerləşən Vellavaya şəhəri yaxınlığında baş verib və avtobus təxminən 1000 futluq uçuruma düşüb.
Qəza nəticəsində 15 nəfər ölüb, beşi uşaq olmaqla 16 nəfər yaralanıb.
Vulter bildirib ki, ilkin polis araşdırması nəticəsində sürücünün avtobusu yüksək sürətlə idarə etdiyi və idarəetməni itirdiyi, uçurumdan aşmadan əvvəl başqa bir avtomobillə toqquşub qoruyucu barmaqlıqlara çırpıldığını aşkar edib.
Qəza zamanı avtobusda 30-a yaxın adam olub.
Yerli televiziya, əsgərlər dağıntıları çıxarmağa çalışarkən, ciddi zədələnmiş avtobusun uçurumun dibində uzanmasının görüntülərini nümayiş etdirib.
Şri-Lankada, xüsusən də dağlıq bölgələrdə ölümlə nəticələnən avtobus qəzaları çox vaxt ehtiyatsız sürücülük, pis baxımlı və dar yollar səbəbindən baş verir.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 10:42