Azərbaycanda içməli suyun sanitar vəziyyəti açıqlanıb

O qeyd edib ki, Bakı şəhəri üzrə mövcud olan 94 mərkəzi və məhəllədaxili su anbarlarının “Azərsu” ASC tərəfindən yuyulub zərərsizləşdirilməsi təmin edilib, bu tədbirlərdən sonra sanitariya nəzarəti zamanı laboratoriya müayinəsi üçün götürülmüş 112 su nümunəsindən 9,8 %-nin bakterioloji göstəriciləri qeyri-kafi olub, fiziki-kimyəvi göstəriciləri isə norma daxilində olub. Dövlət standartının tələblərinə uyğun gəlməyən nəticələr üzrə müvafiq tədbirlər görülmüş, təkrari müayinələr aparılıb.
“Göstərilən müddət ərzində Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyasında ayrı-ayrılıqda müayinə olunmuş 473 (2022-ci ildə 402) su nümunəsinin 33%-i (2022-ci ildə 41,2%) fiziki-kimyəvi və 12%-i (2022-ci ildə 19,6%) bakterioloji göstəricilərinə görə dövlət standartlarının tələblərinə cavab verməyib.
Respublikada yerli su təchizatı mənbələri üzərində nəzarət tədbirlərinin həyat keçirilməsi məqsədilə respublikanın 16 rayonunda yerləşən 460 su mənbəyi laborator tədqiqat üsulunun tətbiqi ilə müayinə olunub.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyasında müayinə olunmuş 529 nümunədən 23,2%-i orqanoleptik, 11,8%-i kimyəvi, 40,3%-i bakterioloji göstəricilərinə görə dövlət standartlarının tələblərinə cavab verməyib”, - deyə S.Qurbanov əlavə edib.(trend)
KARUSEL / CƏMİYYƏT
Tarix: 28-02-2024, 11:08