mobil versiya

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 3,1 faiz artıb


2024-cü il martın 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 0,6% artaraq 766,3 min, aktiv ƏDV ödəyicilərinin sayı isə 3,1 faiz artaraq 47,1 min təşkil edib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı ilin əvvəlinə nisbətən 0,7% artıb və 206 minə çatıb.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 7-03-2024, 11:13