mobil versiya

43,2 kiloqramdan çox narkotik vasitə aşkarlanıb



Martın 9-da və 10-da ümumi çəkisi 43,2 kiloqramdan çox narkotik vasitə polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2 kiloqramdan artıq heroin, 37,2 kiloqramdan çox marixuana, 1,2 kiloqrama yaxın tiryək, 2,9 kiloqrama yaxın metamfetamin, həmçinin 452 ədəd metadon həbi olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

KARUSEL / HADİSƏ
Tarix: 11-03-2024, 10:30