Bakı–Tbilisi–Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb

Dövlət Statistika Komitəsindən bildirilib ki, nəqletmənin 75,2 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yanvar-iyun ayları ərzində bu kəmərlə neft nəqli 3,7 faiz azalaraq 14 milyon 468,7 min ton olub.
Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 81,4 faizini və ya 11773,9 min tonunu Azərbaycanda hasil edilən neft, 18,6 faizini və ya 2694,8 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 15-07-2024, 11:00