“AzerGold” QSC Daşkəsəndə Vətən müharibəsi şəhidlərinin ailə üzvlərini və qaziləri ziyarət edib

“AzerGold” QSC tərəfindən 27 Sentyabr – Anım Günü ilə bağlı Daşkəsən rayonunda qeydiyyatda olan 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailə üzvləri və qazilər ziyarət edilib.
Ziyarətin məqsədi müstəqil dövlətimizin ərazi bütövlüyü uğrunda şəhid olanların ailələri və sağlamlığını itirmiş vətəndaşlarımızın daim diqqətdə saxlanılması, onların rifah halının yaxşılaşdırılması istiqamətində dövlətin yürütdüyü siyasətə əlavə töhfə verməkdir.

Qeyd edək ki, “AzerGold” QSC-nin Sosial Təsir və Məsuliyyət üzrə siyasəti çərçivəsində hasilat fəaliyyəti göstərdiyi bölgədə mütəmadi icra edilən bu tip aksiyalar dövlət tərəfindən şəhid ailələri və qazilərin sosial müdafiəsinə göstərilən hərtərəfli diqqət və qayğıya əlavə dəstək xarakteri daşıyır.
KARUSEL / CƏMİYYƏT
Tarix: 27-09-2024, 16:52