Tramp Syuzan Uaylsı Ağ Evin aparat rəhbəri təyin edəcək

Bu barədə Trampın seçki komandası tərəfindən yayılan bəyanatında bildirilir.
"Syuzi Uayls mənim Amerika tarixindəki ən böyük siyasi qələbələrdən birini əldə etməyimə kömək etdi və o, həm də 2016 və 2020-ci illərdəki uğurlu kampaniyalarımın bir hissəsi oldu. O güclü, ağıllı, yenilikçi, heyranedici və hörmətli biridir. O, ABŞ tarixində Ağ Ev işçilərinə rəhbərlik edəcək ilk qadın olacaq.”, - bəyanatda deyilir.(apa)
KARUSEL / DÜNYA
Tarix: 8-11-2024, 09:05