Cahangir Əsgərovun həyat yoldaşı vəfat edib

Reportyor.az xəbər verir ki, bu barədə Premium Bankın sosial şəbəkədəki rəsmi səhifəsində məlumat yayımlanıb.
“Dərin hüzn və böyük kədər hissi ilə bildiririk ki, genetika və tibbi profilaktika üzrə elmlər doktoru, hörmətli Zərifə Həmzəyeva aramızdan əbədi olaraq ayrılıb. Ailəsinə, yaxınlarına və onu tanıyan hər kəsə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin” , – paylaşımda deyilir.
Z.Həmzəyeva “Premium Bank”ın səhmdarı olub.
O, həmçinin “Gazelli Group”un təsisçisi idi.
KARUSEL / HADİSƏ
Tarix: 17-01-2025, 19:06