“Bu, tarixin ən yaxşı Argentina komandasıdır”

Argentina millisinin sabiq yarımmüdafiəçisi Anxel Di Maria komandanın 2026-cı il dünya çempionatındakı çıxışını dəyərləndirib.
Xarici KİV xəbər verir ki, o, sosial media hesabında bunları yazıb:
“Biz sizinlə fəxr edirik. Bu, tarixin ən yaxşı Argentina komandasıdır. Heç kim bu finalları bizdən ala bilməz. Təşəkkür edirəm”.
Argentina millisi dünya çempionatının finalında İspaniya yığmasına əlavə vaxtda buraxdığı qolla 0:1 hesabı ilə məğlub olub. Qələbə qolunun müəllifi Ferran Torres olub. Bununla da, İspaniya millisi tarixində ikinci dəfə dünya çempionu adını qazanıb. (Komanda.az)
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: 20-07-2026, 11:46



























