mobil versiya

İspaniya millisi Argentinaya qalib gələrək ikiqat dünya çempionu oldu




ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatı başa çatdı.

Mundialın final oyununda İspaniya və Argentina yığmaları qarşılaşıb. Nyu-York şəhərindəki "MetLayf" stadionunda oynanılan görüş Avropa təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.


Matçın əsas vaxtında qapılara hesab açılmayıb. Əlavə vaxtda İspaniya millisi fərqlənə bilib. 106-cı dəqiqədə Arəqib qapısına yol tapan Ferran Torres İspaniyaya qələbə qazandırıb. Bununla da komanda tarixində 2-ci dəfə dünya çempionu olub.

Xatırladaq ki, İspaniya yığması daha əvvəl 2010-cu il mundialında qızıl medallara sahib çıxmışdı.

Reportyor.az 




MANŞET / KARUSEL / İDMAN
Tarix: Bu gün, 02:07