mobil versiya

Futbol üzrə dünya çempionatının bu gün yarımfinal mərhələsinə start verilir




ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında bu gün yarımfinal mərhələsinə start veriləcək.

İlk oyun günündə Fransa və İspaniya kollektivləri üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Fransa millisi 1/4 finalda Mərakeş yığmasını 2:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. İspaniya isə Belçika seçməsini 2:1 hesabı ilə üstələyərək növbəti mərhələyə vəsiqə qazanıb.

Dünya çempionatının ikinci yarımfinal görüşündə İngiltərə və Argentina komandaları qarşılaşacaq. Mundialın final görüşü iyulun 19-da baş tutacaq.


Reportyor.az 




KARUSEL / İDMAN
Tarix: Bu gün, 11:13